İran: Heç vaxt nüvə silahı proqramına sahib olmadıq və olmayacaq


İranın Atom Enerjisi Təşkilatının rəhbəri Məhəmməd İslami ABŞ prezidenti Donald Trampın İranın nüvə silahı əldə etmək niyyətində olması barədə bəyanatı ilə bağlı “İranın heç vaxt nüvə silahı proqramı olmayıb və olmayacaq" deyib.



İslami Tehranda keçirilən Nazirlər Şurasının iclasından sonra mətbuata açıqlamasında Trampın İranla bağlı açıqlamalarını dəyərləndirib.

Trampın İranın nüvə silahına malik olmaması ilə bağlı açıqlamasının aydın bir nöqtə olduğunu ifadə edən İslami "İranın heç vaxt nüvə silahı proqramı olmayıb və olmayacaq. İran təminat müqaviləsi və NPT (Nüvə Silahlarının Yayılmaması Müqaviləsi) çərçivəsində dinc nüvə fəaliyyətlərini davam etdirir" ifadələrini işlədib.

Qeyd edək ki, Tramp Netanyahu ilə dünən keçirdiyi görüşdə İranın nüvə silahına çıxış əldə etməyə çox yaxın olduğunu və bunun qarşısını alacaqlarını bildirib.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az




menyu
menyu