İran: Nüvə proqramımız hərbi əməliyyat və ya sanksiyalarla dayandırıla bilməz


İranın Atom Enerjisi Agentliyinin rəhbəri Məhəmməd İslami ölkəsinin nüvə proqramının hərbi əməliyyat və ya sanksiyalarla aradan qaldırıla bilməyəcəyini və istənilən hücuma "qətiyyətli və dağıdıcı" cavab verəcəklərini bildirib.


Məhəmməd İslami bu haqda "Əl-Cəzirə" televiziyasına danışıb.

ABŞ-ın təktərəfli sanksiyalarından sonra İranın nüvə anlaşmasındakı öhdəliklərini dayandırdığına işarə edən İslami bildirib ki, nüvə anlaşmasındakı öhdəliklərin azaldılmasının geri qaytarılması sanksiyaların aradan qaldırılması, ABŞ və digər tərəflərin bu sahədəki öhdəliklərini yerinə yetirməsindən asılıdır.

Beynəlxalq Atom Enerjisi Agentliyinə (MAQATE) təklif edilən əlavə yoxlama imkanlarından biri olan bəzi obyektlərdəki təhlükəsizlik kameralarının yığışdırıldığını xatırladan İslami, tərəflərin razılaşacağı təqdirdə kameraların yenidən quraşdırılacağını qeyd edib. O, nüvə sazişi ilə bağlı müqavilədəki öhdəliklərini yerinə yetirdiklərini deyib.

İranın nüvə enerjisi sahəsində qonşuları ilə konstruktiv əməkdaşlığa hazır olduğunu bildirən İslami ölkəsinin nüvə proqramı ilə bağlı “siyasi qarışıqlıq” adlandırdığı ittihamların bu il sona çata biləcəyini bildirib.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az




menyu
menyu