MAQATE rəhbəri Rafael Qrossi yaxın iki gündə İrana səfər edəcək


Beynəlxalq Atom Enerjisi Agentliyinin (MAQATE) baş direktoru Rafael Qrossi yaxın iki gündə İrana gələcək.


AFN.az "Mehr" agentliyinə istinadən xəbər verir ki, bu haqda İranın Atom Enerjisi Təşkilatının rəhbəri Məhəmməd İslami bildirib. Onun sözlərinə görə, İran rəsmilərin MAQATE-yə cavab verməməsində günahlandırılıb. “Bu məsələ ilə bağlı da müzakirə aparılıb və cənab Qrossi bir-iki gün ərzində rəsmi dəvətlə İrana gələcək”, - deyə Eslami bildirib.

Qeyd edək ki, ABŞ rəsmiləri verdikləri açıqlamada İranın uranı normadan 18 dəfədən artıq zənginləşdirdiyini bildiriblər. "Hazırda İranın imkanları elədir ki, o, atom bombası hazırlamaq üçün lazım olan materialı 12 günə istehsal edə bilər" - deyə ABŞ müdafiə nazirinin siyasi məsələlər üzrə müavini Kolin Kahl bildirib.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu