MAQATE rəhbəri İrana səfər edib


Beynəlxalq Atom Enerjisi Agentliyinin (MAQATE) baş direktoru Rafael Qrossi İranda səfərdədir.


AFN.az xəbər verir ki, bu barədə İRNA agentliyi məlumat yayıb. Qrossini gətirən təyyarə Tehranın Mehrabad hava limanına eniş edib. MAQATE rəhbərini İranın Atom Enerjisi Təşkilatının rəsmi nümayəndəsi Behruz Kamalvəndi qarşılayıb.
"Fars" agentliyi xəbər verib ki, Qrossi Tehrana çatan kimi İslam Respublikasının rəsmi şəxsləri ilə görüşəcək və onlarla müxtəlif məsələləri müzakirə edəcək. "Euronews" xəbər verir ki, MAQATE rəhbəri həmçinin İranın nüvə sazişi üzrə “dialoqun yenidən başlaması”nı müzakirə etmək üçün prezident İbrahim Rəisi ilə görüşməyi planlaşdırır.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az




menyu
menyu