MAQATE rəhbəri yaxın günlərdə Tehrana səfərə gedəcək


Beynəlxalq Atom Enerjisi Agentliyinin (BAEA) baş direktoru Rafael Qrossi yaxın günlərdə Tehrana səfər edəcək.


AFN.az xarici mediaya istinadən xəbər verir ki, bunu İranın Atom Enerjisi Təşkilatının (AEOI) sözçüsü Behruz Kamalvəndi bildirib. “Son günlər MAQATE nümayəndələri ilə konstruktiv və perspektivli müzakirələr apardıq... Bu əsasda AEOI-nin rəhbəri Məhəmməd Eslami Qrossini İrana rəsmi səfərə dəvət edib”, - deyə IRNA Kamalvəndidən sitat gətirib.

MAQATE-nin baş direktorunun səfəri yaxın günlərdə baş tutacaq. Kamalvəndi səfərin proqramı ilə bağlı əlavə məlumatların yaxın vaxtlarda mətbuatda açıqlanacağını da bildirib.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az




menyu
menyu