İranın nüvə obyektlərinə monitorinq kameraları quraşdırılacaq


Beynəlxalq Atom Enerjisi Agentliyinin (MAQATE) baş direktoru Rafael Qrossi Tehrana səfəri zamanı bir çox məsələlər üzrə razılıq əldə edildiyini bildirib.


AFN.az xəbər verir ki, Vyanada keçirdiyi mətbuat konfransında bu haqda danışan Qrossi İranın nüvə obyektlərinin monitorinqi üçün kameralar və digər avadanlıqlar quraşdırmağa hazır olduğunu təsdiqləyib.

"Agentlik 83,7% zənginləşdirilmiş uran hissəciklərinin aşkar edildiyi İranın Fordo zavodunda 50% daha çox yoxlama təşkil edəcə" - deyə MAQATE rəhbəri vurğulayıb.

Tehrana səfəri zamanı razılıq əldə edilən məsələlərə gəldikdə, Qrossi əlavə edib ki, xüsusən insanların məlumat əldə etmək, vacib yerlərə və konkret materiallara çıxışı ilə bağlı müsbət nəticələr var. “Düşünürəm ki, məni eşitdilər. Tezliklə nəticələri görəcəyimizə inanıram”, - deyə agentlik rəhbəri qeyd edib.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az




menyu
menyu