İran 3 Avropa ölkəsini nüvə sazişi ilə bağlı öhdəliklərini yerinə yetirməyə çağırır


İran Xarici İşlər Nazirliyinin sözçüsü Nasser Kənani “nüvə sazişi” kimi tanınan Birgə Hərtərəfli Fəaliyyət Planının (KOEP) tərəfləri olan Fransa, Almaniya və Böyük Britaniyanı öz öhdəliklərini yerinə yetirməməkdə ittiham edib.


Kənani bu haqda Tehranda keçirdiyi mətbuat konfransında danışıb. O, KOEP-in Avropa tərəfdaşları olan Fransa, Almaniya və İngiltərənin müqavilədəki öhdəliklərini yerinə yetirməməkdə ittiham edərək, bu ölkələrin də ABŞ qədər məsuliyyət daşıdığını bildirib.

Üç Avropa ölkəsinin öhdəliklərini yerinə yetirmədiyi halda İrana qarşı ittihamlar irəli sürdüyünü qeyd edən Kənani, İrana qarşı sanksiyaların qanunsuz və qəbuledilməz olduğunu bildirib.

"Bu ölkələr ittihamlar səsləndirməkdənsə, nüvə sazişi üzrə öhdəliklərini yerinə yetirməlidirlər" - deyən İran sözçüsü "Biz əsassız iddialara əsaslanan hər hansı yeni sanksiyaları rədd edirik və istənilən hərəkətə vaxtında cavab vermək hüququnu özümüzdə saxlayırıq" - deyə qeyd edib.

Kənani bildirib ki, İran prezidenti İbrahim Rəisinin rəsmi dəvəti ilə Keniya, Uqanda və Zimbabvenin daxil olduğu Afrika turnesinə gedəcək.

Afrikanın yüksək tutum və əhəmiyyətə malik olduğunu deyən Kənani son illərdə qitə iqtisadiyyatının böyüdüyünü və dünya ölkələrinin diqqətini çəkdiyini bildirib.

Kənani bəyan edib ki, prezidentin səfəri zamanı İran və Afrika ölkələri arasında ticari, siyasi və iqtisadi əməkdaşlıq prosesində yeni addımlar atılacaq.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az




menyu
menyu