İrandan silah embarqosunu qüvvədə saxlamağa qərar verən Avropa ölkələrinə reaksiya


İran hökumətinin sözçüsü Əli Bahadori Çehromi İngiltərə, Fransa və Almaniyanın 2015-ci ildə imzalanan nüvə razılaşmasına əsasən oktyabrın 18-də ləğv edilməsi nəzərdə tutulan silah embarqosunu qüvvədə saxlamaqla bağlı E3 adlı qərarını tənqid edib.


İran mediasının məlumatına görə, Çehromi mətbuat konfransında jurnalistlərin gündəmlə bağlı suallarını cavablandırıb.

"Üç Avropa ölkəsinin silah satışı və ya hərbi əlaqələrlə bağlı açıqlaması həqiqəti əks etdirmir. Bizə Birləşmiş Millətlər Təşkilatı (BMT) tərəfindən silah embarqosunun olmadığı bildirilir. Birgə tədbirlər çərçivəsində bəzi sanksiyaları qəbul etmişik. Bu sanksiyalar da oktyabrın 18-də avtomatik olaraq aradan qaldırılmalıdır" - deyə o bildirib.

İran rəsmisi qeyd edib ki, qeyd olunan tarixdən sonra ölkəsi beynəlxalq hüquq normalarına uyğun olaraq istədiyi ölkə ilə əməkdaşlıq edə bilər.

Britaniya, Fransa və Almaniya sentyabrın 14-də İranın nüvə sazişindəki öhdəliklərini yerinə yetirmədiyini və 2015-ci il İran nüvə razılaşmasına uyğun olaraq oktyabrın 18-də başa çatması nəzərdə tutulan ballistik raket sanksiyalarını davam etdirməyə qərar verdiklərini açıqlayıblar.

Sözügedən silah embarqosu məsələsinin ABŞ-ın İrana tətbiq etdiyi silah embarqosundan ayrı olduğu bildirilir.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az




menyu
menyu