ABŞ İrandakı etirazlara dəstək verəcək - Ukraynaya görə


ABŞ İranla dalana dirənmiş nüvə danışıqlarını davam etdirməyəcək. Bunun əvəzində o, İranın Rusiyaya silah tədarükünü qadağan edir və aylardır etiraz edən İran xalqını dəstəkləyir.


AFN.azın məlumatına görə, ABŞ-ın İran üzrə xüsusi nümayəndəsi Robert Melli “Bloomberg” agentliyinə müsahibəsində belə deyib. Mellinin sözlərinə görə, İran nüvə sazişində maraqlı deyil: “Biz İranın Rusiyaya silah tədarükünü dayandırmalı və İran xalqının mübarizəsini dəstəkləməliyik” - deyə diplomat bildirib.
Qeyd edək ki, Beynəlxalq Atom Enerjisi Agentliyi noyabr ayında İranın uranı zənginləşdirməyə davam etdiyini təsdiqləyib. Tehran MAQATE-dən araşdırmanı dayandırmağı tələb edib. İran və Avropa İttifaqı arasında danışıqlar rəsmi olaraq dayandırılmayıb. Lakin Mellinin sözlərinə görə, avqustun sonundan bəri yeni təmaslar olmayıb.

M.Vahidli



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az




menyu
menyu