Mossad İranın yeni planlarını açıqladı


İran Rusiyaya qabaqcıl silahların tədarükünü genişləndirməyə hazırlaşır.


AFN.az-ın məlumatına görə, bu barədə İsrail kəşfiyyatının (Mossad) rəhbəri David Barnea xidmətdə fərqlənmə mükafatlarının təqdim edilməsi mərasimində açıqlama verib. "Tehranın Rusiyaya qabaqcıl silah sistemlərinin tədarükünü genişləndirmək üçün geniş planları var. Eyni zamanda, bu fəaliyyəti məxfilik pərdəsi altında gizlətməyə çalışır"- İsrail rəsmisi belə deyib. O, həmçinin çıxışının ayrıca hissəsini İranın nüvə potensialını artırmaq cəhdlərinə həsr edib.
“Biz müxtəlif kanallar vasitəsilə İranın nüvə layihəsini və uranın zənginləşdirilməsini genişləndirmək niyyəti, eləcə də İran rejiminin regionda İsrailə dost müsəlman ölkələrinə hücumlarını gücləndirmək niyyəti barədə xəbərdarlıqlar edirik”, - deyə Mossad rəhbəri bildirib.

M.Vahidli



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az




menyu
menyu