Netanyahu “Mossad”ın rəhbəri ilə görüşdü - İranla bağlı hesabat...


Ötən il dekabrın 29-da vəzifəsinin icrasına başlayan İsrailin Baş naziri Benyamin Netanyahu Nazirlər Kabinetinin rəhbəri kimi ilk görüşünü İsrailin Kəşfiyyat və Xüsusi Məsələlər İdarəsinin (“Mossad”) rəhbəri David Barnea ilə keçirib.


Musavat.com jpost.com-a istinadən xəbər verir ki, bu barədə İsrail Baş nazirinin ofisi məlumat yayıb.

Baş nazirlə Barnea arasında işgüzar görüş “Mossad”ın qərargahında baş tutub.

Benyamin Netanyahu bütövlükdə “Mossad”ın əməliyyat və kəşfiyyat məsələləri, xüsusilə də İran məsələsi ilə bağlı hesabata baxış keçirib.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az




menyu
menyu