Təl-Əviv və HƏMAS arasında danışıqlar başlayır


İsrail nümayəndə heyətinin Qətərə gəlməsi ilə Təl-Əviv və Həmas arasında məhbus mübadiləsi razılaşması əldə etmək üçün danışıqların rəsmi olaraq başlandığı açıqlanıb.



Bu barədə İsrail mediası məlumat yayıb.

"Yedioth Ahronoth" qəzetinin məlumatına görə, HƏMAS və Təl-Əviv arasında məhbus mübadiləsi danışıqları rəsmi olaraq Mossad rəhbəri David Barneanın başçılıq etdiyi İsrail nümayəndə heyətinin Dohaya gəlməsi ilə başlayıb.

Mossad rəhbəri Barnea bu gün səhər İsrailə qayıdacaq, lakin Mossad, Hərbi Kəşfiyyat (AMAN) və Daxili Təhlükəsizlik Təşkilatı Şin-Bet (Şabak) rəsmilərindən ibarət İsrailin yüksək səviyyəli işçi qrupu bir neçə gün Qətərdə qalacaq.

Adının açıqlanmasını istəməyən İsrail rəsmisi danışıqların başladığını və danışıqların uzun, çətin və mürəkkəb olacağını, çox səbir tələb etdiyini bildirib.

İsrailin özəl televiziya kanalı "Channel 12"nin xəbərində danışıqların Dohadakı özəl kompleksdəki bir oteldə aparıldığı açıqlanıb.

Məlumata görə, adının açıqlanmasını istəməyən İsrail rəsmisi danışıqların təxminən iki həftə davam edə biləcəyini bildirib.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu