İsrail və HƏMAS arasında əsir mübadiləsi ikinci gün də davam edəcək


İsrail və HƏMAS arasında əldə edilən məhbus mübadiləsi razılaşması çərçivəsində məhbus mübadiləsi bu gün də davam edəcək.


HƏMAS bu gün daha 14 israilli məhbusu təhvil verəcək. Bunun müqabilində Təl-Əviv administrasiyası İsrail həbsxanalarında olan 42 fələstinli məhbusu azad edəcək.

Buna uyğun olaraq azad ediləcək fələstinli məhbuslar yerli vaxtla saat 13.30-da işğal altındakı İordan çayının qərb sahilindəki Ofer həbsxanasına köçürüləcək.

Sərbəst buraxılacaq israilli məhbuslar İsrail ərazisinə çatdıqdan sonra fələstinli məhbuslar Ofer həbsxanasından Beynəlxalq Qızıl Xaç Komitəsinin rəsmilərinə təhvil veriləcək.

Daha sonra fələstinli məhbuslar Qırmızı Xaç rəsmiləri tərəfindən həbsxanadan çıxarılaraq sərbəst buraxılacaq.

Razılaşma çərçivəsində dünən Həmas 13 israilli, İsrail isə 39 fələstinli məhbusu azad edib.

İsrail və HƏMAS arasında dünən başlayan və 4 gün davam edəcək qarşıdurmada humanitar fasilə çərçivəsində 150 ​​fələstinli və 50 israilli məhbus qarşılıqlı azadlığa buraxılacaq.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu