İsrail Qəzzadan buraxılacaq məhbusların siyahısını aldığını açıqlayıb
İsrail hökuməti blokadadakı Qəzza zolağından bu gün azad edilməsi gözlənilən üçüncü qrup israilli məhbusların adlarını aldığını açıqlayıb.
İsrailin “Yediot Ahronot” qəzetinin məlumatına görə, baş nazir Benyamin Netanyahunun ofisi bu gün azadlığa buraxılacaq israilli məhbusların siyahısını alıb.
Siyahıdakı adların ailələrinə məlumat verildiyi və təhlükəsizlik qüvvələrinin siyahıya baxış keçirdiyi bildirilib.
İsrail və HƏMAS arasında toqquşmalarda 4 günlük humanitar fasilə ilə bağlı razılaşma noyabrın 24-də qüvvəyə minib.
Razılaşma çərçivəsində İsrail həbsxanalarında olan 150 fələstinli HƏMAS-ın saxladığı 50 israilli məhbus müqabilində azad ediləcək.
İndiyədək blokadada olan Qəzza zolağından 26 israilli qadın və uşaq, İsrail həbsxanalarında saxlanılan 78 fələstinli qadın və uşaq azad edilib.