İsrail hökuməti əsir mübadiləsini və müvəqqəti atəşkəsi qəbul etdi


İsrail hökuməti Qəzzada HƏMAS hərəkatı ilə əsir mübadiləsi razılaşmasını və 4 günlük müvəqqəti atəşkəsi qəbul etdiyini açıqlayıb.



Razılaşma çərçivəsində 50 əsirin azad edilməsi və Qəzzada qarşıdurmaların 4 gün müddətinə dayandırılması nəzərdə tutulur.

İsrail Baş Nazirliyinin Mətbuat İdarəsindən verilən açıqlamada, baş nazir Benyamin Netanyahunun rəhbərliyi ilə məhbus mübadiləsi razılaşmasını müzakirə etmək üçün toplanan hökumət kabinetinin təsdiq etdiyi qərar açıqlanıb.

Açıqlamada, hökumətin Qəzzada olan bütün israilli əsirlərin bu gecə geri qaytarılması hədəfinin birinci mərhələsini təsdiqlədiyi, buna uyğun olaraq qadın və uşaqların da olduğu ən az 50 girovun azad edilməsi və 4 gün və ərzində hərbi əməliyyatların dayandırılması nəzərdə tutulur.

Bəyanatda bildirilib ki, hər 10 əsirin azad edilməsi döyüşlərin əlavə bir gün də dayandırılmasına imkan verəcək.

Bəyanatda həmçinin vurğulanıb ki, İsrail hökuməti və ordusu bütün əsirlərin qaytarılmasını təmin etmək, HƏMAS-ın ləğvini başa çatdırmaq və Qəzza zolağından İsrail üçün yeni təhlükənin olmaması üçün müharibəni davam etdirəcək.

İsrail hökumətinin açıqlamasında, nə qədər fələstinli məhbusun azad ediləcəyi, nə qədər israilli məhbusların azad ediləcəyi və Qəzzaya humanitar yardımların daxil olacağı barədə məlumat paylaşılmayıb.

İsrailin məlumatına görə, Qəzza zolağında HƏMAS-ın silahlı qanadı olan Qəssam Briqadaları tərəfindən saxlanılan 239 israilli məhbus var.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az




menyu
menyu