HƏMAS məhbus mübadiləsini təxirə saldığını açıqladı
HƏMAS-ın hərbi qanadı İsrail məhbusların azad edilməsi və Qəzzanın şimalına humanitar yardım maşınlarının daxil olması ilə bağlı razılaşma maddələrinə əməl edənə qədər Qəzza zolağında israilli məhbusların azad edilməsini təxirə saldıqlarını açıqlayıb.
HƏMAS-ın Telegram hesabından verilən açıqlamaya görə, təşkilat razılaşmaya görə ikinci gün azad edilməli olan israilli məhbusların Tel-Əvivin müqaviləni pozduğunu əsas gətirərək ölkələrinə göndərilməsini təxirə salıb.
"İsrail əsirlərin azad edilməsi və Qəzzanın şimalına humanitar yardımların daxil olması ilə bağlı razılaşmaya əməl edənə qədər ikinci gündə azad ediləcək əsirlərin azad edilməsini təxirə saldıq" - deyə HƏMAS qüvvələrinin açıqlamasında bildirilir.
HƏMAS-a yaxın "Əl-Əqsa" radiosunun xəbərindən sonra verilən açıqlamada, "Qəssam Briqadaları əsir mübadiləsi razılaşmasına əsasən azad ediləcək İsrailli məhbusları Beynəlxalq Qızıl Xaç Təşkilatı səlahiyyətlilərinə təhvil verməyə başlayıb" - deyə bildirilib.
İsrailin "Kanal 12" televiziyası gün ərzində İsrail rəsmilərindən məhbus mübadiləsinin işində "texniki" problemlərin olduğunu bildirib.