KİV: Əgər məhbuslar gecə yarısına qədər azad edilməsə, İsrail Qəzzaya hücum edəcək


İsrail rəsmiləri elan edilər ki, HƏMAS bu axşam təslim edilməsi planlaşdırılan əsirləri gecə yarısına qədər azad etməsə, Qəzza zolağına qurudan hücumları bərpa edəcək.


"Yedioth Ahronoth" qəzetində yer alan xəbərdə İsrail rəsmilərinin HƏMAS-ın bu gün təslim edilməsi gözlənilən əsirlərin sərbəst buraxılmasını təxirə salması ilə bağlı qiymətləndirmə apardığı qeyd edilib.

Adları açıqlanmayan İsrail təhlükəsizlik rəsmilərinin HƏMAS-ın gecə yarısına qədər əsirləri azad etmədiyi təqdirdə Qəzza zolağına qurudan hücumu yenidən başlayacaqları haqda xəbərdarlıq etdiyi bildirilir.

Xəbərdə sözügedən rəsmilərdən “Həmas gecə yarısına qədər əsirlərin azad edilməməsi halında İsrail ordusunun Qəzza zolağında quru əməliyyatına davam edəcəyinin fərqindədir” - deyə sitat gətirilib.

HƏMAS-ın silahlı qanadı İzzəddin əl-Qəssam Briqadaları İsrail məhbusların azad edilməsi və humanitar yardım maşınlarının şimala daxil olması ilə bağlı razılaşmanın maddələrinə əməl edənə qədər Qəzza zolağında israilli məhbusların azad edilməsini təxirə saldıqlarını açıqlayıb.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az




menyu
menyu