İsrail mediası: "İsrail təhlükəsizlik qüvvələri qurudan Qəzzaya girməyə hazırlaşır"


İsrail mediası qeyd edib ki, İsraildə təhlükəsizlik qüvvələri blokadada olan Qəzza zolağına qarşı quru əməliyyatı keçirməyə hazırlaşır.



İsrailin “Kanal 14” televiziyasının internet saytında yer alan xəbərdə İsrail təhlükəsizlik qüvvələrinin Qəzza zolağına qurudan girməyə hazırlaşdığını, lakin siyasi səviyyədə təsdiq gözlədiyi bildirilib.

"Quru əməliyyatı təsdiqlənərsə, İsrail qüvvələri Qəzzada daha bir neçə ay qalmağa hazırdır" qeyd edilən xəbərdə, "Ordunun hazırkı mərhələdə açıq hədəfi Qəzza zolağının tərksilah edilməsidir" vurğulanıb.

Kanal 14 televiziyasının saytında yayılan xəbərlə bağlı İsrail rəsmi orqanları hələlik açıqlama verməyib.

Digər tərəfdən İsrail Ordusundan verilən açıqlamada Hərbi Hava Qüvvələrinin HƏMAS və İslami Cihad hərəkatlarına aid nöqtələrə 6 min bomba atdığı və Qəzza zolağında geniş miqyaslı hava hücumları təşkil etdiyi qeyd edilib.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu