İsrailin müdafiə naziri Qəzzada ağır bədəl ödədiklərini deyib


İsrailin müdafiə naziri Yoav Qalland Qəzza zolağında baş verən qarşıdurmalarda ağır bədəl ödədiklərini bildirib.


Qalland blokadada olan Qəzza zolağına edilən hücumlar və quru əməliyyatı ilə bağlı danışıb. Qəzzada şiddətli toqquşmaların olduğunu qeyd edən nazir İsrail ordusunun HƏMAS-ı məğlub etmək məqsədinə doğru irəlilədiyini bildirib.

Qalland qarşıdurma başlayandan bəri şəhid olan İsrail əsgərlərinə diqqət çəkib və bunun əvəzini ağır ödədiklərini bildirib.

“Biz həlak olanlar naminə, dirilər üçün, İsrail xalqı və İsrail dövləti naminə düşmənə hücum etməliyik”, - Qalland deyib.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu