İsrail ordusu Qəzza zolağında HƏMAS-la toqquşmaların baş verdiyini açıqlayıb


İsrail Müdafiə Qüvvələrinin bölmələri Qəzza zolağında islamçı Həmas qruplaşmasının qüvvələri ilə birbaşa toqquşmalara başlayıb.


"RİA Novosti" xəbər verir ki, bunu İsrail silahlı qüvvələrinin rəsmi nümayəndəsi Daniel Həcəri bildirib.

“Biz yerdə hərəkət edirik, terrorçuları müəyyənləşdirir və havadan hücum edirik. Quru qoşunları ilə terrorçular arasında da birbaşa təmas var və Qəzza zolağının daxilində döyüşlər gedir”, - deyə Həcəri bildirib.

İsrail ordusunun sözçüsü həmçinin vurğulayıb ki, İsrail qüvvələri əməliyyat planlarına uyğun olaraq bölgədə irəliləyir və əməliyyatın məqsədlərinə uyğun olaraq hücum fəaliyyətləri gücləndiriləcək.

Bundan əvvəl İDF-nin Qəzza zolağında döyüşlərdəki taktikaları məlum olub. "Financial Times"ın məlumatına görə, bölgədəki hücumun məhdud miqyası İsrail hərbçilərinə HƏMAS qarşısında atəş gücü üstünlüyündən istifadə etməyə imkan verir.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az




menyu
menyu