İsrail 48 saat ərzində Qəzzada döyüşlərə başlamağa hazır olduğunu elan edib


İsrail Müdafiə Qüvvələri (IDF) 48 saat ərzində Qəzza şəhərində döyüşlərə başlamağa hazır olduqlarını açıqlayıb.


Bu barədə “Haaretz” məlumat yayıb.

“IDF hesab edir ki, Qəzza zolağındakı qüvvələr 48 saat ərzində Qəzza şəhərini tamamilə mühasirəyə alacaq və döyüşə başlayacaq”, – deyə nəşr yazır.

Xəbərdə qeyd edilir ki, İsrail hakimiyyəti bu yolla HƏMAS döyüşçülərini, həmçinin onların tunellərini və hərbi obyektlərini tamamilə məhv etməyi planlaşdırır. “İD hökumətin HƏMAS-ı məhv etmək məqsədinə nail olmağın mümkün olduğuna inanır, lakin bu, uzun müddət tələb edəcək: bir neçə aydan bir ilədək və ya daha çox. Ərazini terrorçulardan təmizləmək üçün ehtiyatlı və nisbətən yavaş hərəkət etmək lazımdır”, - nəşrin müəllifləri izah edirlər.

Bundan əvvəl İsrail Müdafiə Qüvvələrinin (IDF) quru qoşunlarının Qəzza zolağında HƏMAS-ın hərbi düşərgəsini nəzarətə götürdüyü bildirilirdi. Bildirilib ki, kompleksin ərazisində müşahidə məntəqələri, yaraqlılar üçün təlim meydançaları, həmçinin terrorçular üçün yeraltı tunellər var.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az




menyu
menyu