İndiyədək müharibədə 400-ə yaxın İsrail əsgəri həlak olub


Fələstin-İsrail münaqişəsinin qızışması nəticəsində ümumilikdə 398 İsrail əsgəri həlak olub.


Bu barədə “The Times of Israel” ölkənin Müdafiə Ordusuna (IDF) istinadən xəbər verir.

İsrailin Qəzza zolağının şimalında Fələstinin HƏMAS radikal hərəkatına qarşı keçirdiyi əməliyyat zamanı daha iki əsgərin öldürüldüyü, hücumun başlanmasından bu yana ölən əsgərlərin ümumi sayının 72-yə çatdığı dəqiqləşdirilib. Ən böyük itkini İsrail ordusu verib.

İDF-nin bu müddətdə Qəzza zolağında yüksək intensivlikli əməliyyat keçirmək niyyətində olduğu məlum olub.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az




menyu
menyu