İsrail Qəzzada daha 5 əsgərinin öldürüldüyünü açıqlayıb


İsrail ordusu Qəzza zolağında daha 5 əsgərinin öldürüldüyünü açıqlayıb.



İsrail ordusundan verilən açıqlamada Qəzza zolağında 5 İsrail əsgərinin öldürüldüyünü, 5 əsgərin isə ağır yaralandığı bildirilib.

İsrail əsgərlərinin adları və fotoşəkillərinin də yer aldığı açıqlamada ölənlərin ailələrinə və yaralanan personala məlumat verildiyi bildirilib. Açıqlamada ağır yaralanan əsgərlərin xəstəxanaya aparıldığı da qeyd edilib.

İsrail ordusunun son məlumatlarına görə, Qəzza zolağında münaqişənin başladığı 7 oktyabrdan bu yana quru döyüşləri prosesində həlak olan İsrail əsgərlərinin sayı 144-ə yüksələrkən, həlak olan əsgərlərin ümumi sayı isə 477 olduğu bildirilib.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu