Misirə səfər edən turistləri yeni qaydalar gözləyir



Misir turistlərin ölkəyə giriş zamanı doldurduqları kağız miqrasiya kartlarını ləğv etməyi planlaşdırır.

AFN.az xəbər verir ki, bu barədə Rusiya Turizm Operatorları Assosiasiyası (ATOR) məlumat yayıb.

Misirin mülki aviasiya naziri Sameh əl-Həfninin parlamentin turizm və mülki aviasiya komitəsinin iclasında verdiyi məlumata görə, ölkə vətəndaşları üçün artıq ləğv edilən bu prosedurdan xarici sərnişinlərin də azad edilməsi nəzərdə tutulur. Lakin yeniliyin nə vaxt qüvvəyə minəcəyi açıqlanmayıb.

Bununla yanaşı, Misir hakimiyyəti E-Gates elektron pasport nəzarəti sisteminin tətbiqini genişləndirməyi planlaşdırır. Bu sistem sərnişinlərə sərhəd nəzarətindən növbələrdə gözləmədən, avtomatlaşdırılmış qaydada keçmək imkanı verir. ATOR-un məlumatına görə, Rusiya turistlərinin bu sistemdən istifadə edə bilib-bilməyəcəyi hələlik məlum deyil.

Misir hakimiyyəti 96 saata qədər vizasız tranzit imkanının genişləndirilməsini də nəzərdən keçirir. Hazırda belə proqram Misir aviaşirkətlərinin sərnişinlərinin müəyyən kateqoriyalarına şamil olunur və 2027-ci ilin aprelinədək uzadılıb.

Assosiasiyanın bildirdiyinə görə, yeni qaydaların hansı sərnişinlərə aid ediləcəyi və nə vaxt tətbiq olunacağı barədə hələlik əlavə məlumat verilməyib.






AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu