Taylanda gedən turistlər üçün əla fürsət: kriptovalyuta ilə alış-veriş mümkün olacaq


Tayland turistlərə alış-veriş etmək üçün rəqəmsal aktivləri kredit kartları ilə əlaqələndirmək imkanı vermək məqsədilə kriptovalyutanı ölkənin real iqtisadiyyatına inteqrasiya etməyi planlaşdırır.



AFN.az xəbər verir ki, bu barədə "The Nation" qəzeti məlumat yayıb.



Belə ki, Taylandın baş nazirinin müavini və maliyyə naziri Pxiçay Çunxavaçirin sözlərinə görə, krallığın Maliyyə Nazirliyi kriptovalyutaların kartlarla əlaqələndirilməsinə imkan vermək üçün bütün dünyada istifadə olunan modelləri öyrənir. "Bəzi xarici ölkələrdə siz artıq kriptovalyutanı kredit kartları ilə əlaqələndirərək alış-veriş üçün istifadə edə bilərsiniz. Bir şey alındıqda, satıcı yerli valyutada ödəniş alır, çox vaxt alıcının kriptovalyutadan istifadə etdiyinin də fərqinə varmır. Bu yanaşma dərhal Tayland üçün uyğunlaşdırıla bilər", - deyə o qeyd edib.



Hökumət kapital bazarını hazırda ayrıca hüquqi normalar əsasında tənzimlənən rəqəmsal aktivlər bazarı ilə problemsiz əlaqələndirmək üçün qanunlara dəyişiklik etməyi planlaşdırır. Bununla bağlı Tayland Bankı ilə danışıqlara başlanılıb.



Turizm Nazirliyinin məlumatına görə, ilin əvvəlindən Taylanda 13,4 milyon xarici turist səfər edib. Ən çox qonaq Çindən gəlib - 1,8 milyon. İkinci yerdə Malayziya (1,7 milyon), üçüncü yerdə Rusiya (932 min), dördüncü yerdə Hindistan (880 min), beşinci yerdə Koreya Respublikası (637 min) qərarlaşıb. Rusiya Tayland üçün Avropanın ən böyük turizm bazarıdır. Krallığın bu ilin sonuna qədər Rusiyadan rekord sayda - 1,9 milyon turist qəbul edəcəyi gözlənilir.




AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu