İsrail milli ödəniş sisteminə kiberhücum edildiyini açıqlayib

İsrailin milli ödəniş sistemi bu gün kiberhücuma məruz qalıb.
AFN.az xarici mediaya istinadən xəbər verir ki, kiberhucum İsrail milli odəniş sisteminin, onun kredit kartlarının klirinq və satınalma təsdiqi sistemlərinin qismən pozulmasına səbəb olub. Bu barədə ölkənin ödəniş və bankomat xidmətlərini idarə edən SHVA (Avtomatlaşdırılmış Bankçılıq Xidmətləri) açıqlama yayıb.
İsrailin hesabatlarına görə, bəzi istehlakçılar qısa müddət ərzində kredit kartlarından mağazalarda alış-veriş etmək və ya əməliyyatlar aparmaq üçün istifadə edə bilməyəcəklər.
Hadisə günorta saatlarında baş verib.
"Məsələ 26 dəqiqə ərzində həll olunub, bundan sonra ödəniş sistemləri tam funksionallığa qayıdıb və kredit kartı əməliyyatları icra oluna bilib" - deyə müvafiq açıqlamada bildirilir.