Putin rəqəmsal aktivlərin beynəlxalq ödənişlərdə istifadəsini təsdiqləyib


Rusiya prezidenti Vladimir Putin rəqəmsal maliyyə aktivlərinin beynəlxalq ödənişlərdə istifadəsinə icazə verən fərmanı təsdiqləyib.


Putinin imzaladığı fərmana əsasən, rəqəmsal maliyyə aktivləri valyuta tənzimlənməsi qanunu çərçivəsində mal və xidmətlərin idxalı və ixracı üçün ödəniş kimi istifadə edilə bilər.

Dumanın Maliyyə Bazarları Komitəsinin sədri Anatoli Aksakov fevralın 27-də verdiyi açıqlamada bildirmişdi ki, Rusiya idxalçı və ixracatçılarına bank sistemindən yan keçməyə və rəqəmsal maliyyə aktivlərindən istifadə edərək xarici şirkətlərlə qarşılıqlı müqavilələr bağlamağa icazə veriləcək: "Xarici təsirlər, o cümlədən dost olmayan ölkələrdən təsirlər olacaq" - deyə komitə sədri bildirib.

Sanksiyalar çərçivəsində 2022-ci ildə SWIFT maliyyə mesajlaşma sistemindən çıxarılan Rusiya banklarının beynəlxalq ödənişlərlə bağlı yaşadığı problemlər son vaxtlar artıb.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu