Norveç Rusiyanın dondurulmuş aktivləri ilə bağlı məsələ qaldırıb


Norveç parlamentinin üzvü İne Eriksen Soreide Rusiya Federasiyası Mərkəzi Bankının Norveçdə dondurulmuş maliyyə aktivlərinin olub-olmaması ilə bağlı məsələ qaldırıb.


O, mövzu ilə bağlı ölkənin maliyyə naziri Trygve Slagsvold Veduma müraciət ünvanlayıb.

"Rusiya Mərkəzi Bankının Norveçdə maliyyə aktivləri varmı, əgər varsa, onlar harada yerləşir və mövcud sanksiyalara uyğun olaraq dondurulubmu?" – deyə Sereyde soruşub.

Rusiya Dövlət Dumasının sədri Vyaçeslav Volodin bildirib ki, Avropa İttifaqı Kiyevə kömək üçün Avropa hesablarında dondurulmuş Rusiya aktivlərindən istifadə edərsə, Moskva buna simmetrik cavab verəcək. O, Telegram kanalında yazıb: "Bu halda, Avropada dondurulmuş vəsaitlərimizdən daha çox dost olmayan ölkələrə məxsus aktivlər müsadirə olunacaq".



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu