ABŞ Dövlət Departamentindən Rusiyanın dondurulmuş aktivləri ilə bağlı açıqlama


ABŞ Dövlət Departamentinin sözçüsü Metyu Miller Rusiyanın dondurulmuş aktivləri ilə bağlı Avropa İttifaqının (Aİ) yeni addımlarından danışıb.


Siyasətçi bildirib ki, ABŞ Aİ-nin Rusiya aktivlərindən ukraynalıların xeyrinə istifadə etmək üçün edə biləcəyi istənilən addımı alqışlayır. Onun sözlərinə görə, Vaşinqton tərəfdaşları ilə Rusiyanın dəymiş ziyanı ödəməsini təmin etmək üçün hansı addımların atılacağı ilə bağlı danışıqları davam etdirir. O, Aİ-nin dondurulmuş aktivlərdən istifadə qərarını təqdir edib.

Qeyd edək ki, Avropa İttifaqı Şurası Rusiya aktivlərindən əldə edilən mənfəətin sonradan Ukraynanın maraqları üçün istifadəsi üçün saxlanması qərarını təsdiqləyib.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az




menyu
menyu