Avropa İttifaqı Rusiyanın dondurulmuş aktivindən istifadə etmək istəyir


Avropa Birliyi Komissiyasının sədri Ursula von der Leyen dondurulmuş Rusiya aktivləri məsələsini müzakirə etdiklərini və Rusiya Mərkəzi Bankının dondurulmuş aktivlərindən əldə edilən gəlirlərə əsaslanaraq bir təklif hazırlayacaqlarını bildirib.


Von der Leyen Brüsseldə keçirilən Aİ Liderlər Sammitinin yekununda keçirilən mətbuat konfransında danışıb. O, bəyan edib ki, Rusiya Ukraynadakı böyük dağıntıya görə məsuliyyət daşıyır və bunun əvəzini ödəməlidir.

Von der Leyen beynəlxalq tərəfdaşlarla sıx əməkdaşlıqda Rusiya aktivlərinin gözlənilməz gəlirlərinə qarşı ehtiyatlı yanaşacaqlarını vurğulayaraq, Avropa Mərkəzi Bankının (AMB) bu məsələ ilə bağlı fikirlərini və narahatlıqlarını çox ciddi qəbul etdiyinə diqqət çəkib.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az




menyu
menyu