Dondurulmuş Rusiya aktivlərindən gələn gəlirlərdən Ukraynaya 100 milyon dollar ayrılacaq


Belçika Rusiyanın dondurulmuş aktivlərindən Ukraynaya 100 milyon dollar vergi gəlirləri göndərəcək.


AFN.az xəbər verir ki, bu barədə BBC məlumat yayıb.

Belçikanın Baş naziri Alexandre de Croon bildirib ki, bu yardımın yarısı hərbçilərə, digər yarısı isə mülki əhaliyə yardım üçün ayrılacaq.

Avropa İttifaqı fevral ayında Rusiyanın dondurulmuş aktivlərindən Ukraynanın bərpası üçün istifadə imkanlarını araşdırmaq üçün işçi qrupu yaradıb.

Ötən il Qərb Rusiya Mərkəzi Bankının 300 milyarddan çox aktivlərini dondurub. Bu vəsaitlər potensial olaraq Ukraynanı bərpa etmək üçün istifadə edilə bilər.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az




menyu
menyu