ABŞ xarici siyasətdə Starlink xidmətindən istifadə edib



ABŞ xarici siyasətini irəli aparmaq üçün dəfələrlə SpaceX şirkətinin imkanlarından istifadə edib.

AFN.az xəbər verir ki, bu barədə Reuters agentliyi öz mənbələrinə istinadən məlumat yayıb.

Agentliyin məlumatına görə, Ağ Ev xarici siyasət prioritetlərini həyata keçirmək məqsədilə dünyanın müxtəlif ölkələrində peyk interneti xidmətinin aktivləşdirilməsi və ya dayandırılması üçün dəfələrlə SpaceX rəhbərliyinə müraciət edib.

Reuters-in məlumatına görə, 2023 və 2024-cü illərdə Co Bayden administrasiyası SpaceX-dən Yəmən və Livandakı İrana meyilli qüvvələrin Starlink terminallarından istifadə imkanını məhdudlaşdırmağı xahiş edib. ABŞ kəşfiyyatının qənaətinə görə, həmin qüvvələr bu terminalları əldə edə bilmişdilər.

2024-cü ildə SpaceX ABŞ Ticarət Nazirliyinin Sənaye və Təhlükəsizlik Bürosuna sənədlər təqdim edib. Sənədlərdə şirkətin ixrac lisenziyalarının alınması və texnologiyanın təhlükəsizliyinin təmin edilməsi məsələlərində ABŞ hakimiyyəti ilə sıx əməkdaşlıq etdiyi, bununla da ölkənin milli təhlükəsizlik və xarici siyasət maraqlarını irəli aparmağa çalışdığı bildirilib.

Bayden administrasiyasında çalışmış iki keçmiş rəsmi agentliyə bildiriblər ki, 2022-ci ildə Rusiyanın Ukraynada xüsusi hərbi əməliyyatına başlamasından sonra administrasiya nümayəndələri SpaceX-dən Ukrayna hərbçilərinin Starlink xidmətinə çıxış imkanlarını genişləndirməyi xahiş ediblər. Həmin ilin payızında isə İranda etirazlar fonunda Ağ Ev SpaceX-dən bu ölkədə internet xidmətinin fəaliyyətini təmin etməyi istəyib.






AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu