İran və Rusiya ticarətdə dollar əvəzinə milli valyutadan istifadə etmək barədə razılığa gəldi


İran və Rusiyanın ticarət əməliyyatlarında ABŞ dolları əvəzinə milli valyuta ilə alqı-satqı ilə bağlı əldə etdiyi razılaşma yekun nəticəyə çatıb.



İranın rəsmi agentliyi İRNA-nın İran Mərkəzi Bankına istinadən verdiyi xəbərə görə, iki ölkənin mərkəzi bankı prezidentləri arasında Rusiyada keçirilən görüşdə dolların qarşılıqlı ticarətdən çıxarılmasına dair razılaşma imzalanıb.

Bildirilib ki, ABŞ-ın sanksiyaları altında olan İran və Rusiya bankları artıq yerli valyutalarda əməliyyatlar aparmaq üçün SWIFT-dən başqa banklararası sistemlərdən də istifadə edə biləcəklər.

Xatırladaq ki, İran və Rusiya 2022-ci ilin iyul ayında qarşılıqlı ticarət əməliyyatlarında ABŞ dolları əvəzinə milli valyutalardan istifadə etməyi planlaşdırdıqlarını açıqlayıblar.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az




menyu
menyu