İran və Rusiya SWIFT sisteminə bənzər sistem yaradacaq
Yaxın gələcəkdə İran və Rusiya SWIFT sisteminə bənzər sistem yaradacaq.
APA-nın Tehran bürosunun məlumatına görə, bunu Rusiyanın İrandakı ticarət nümayəndəsi Rüstəm Jikanşin deyib.
O bildirib ki, iki ölkə arasında yekun razılıq əldə olunacağı təqdirdə yaxın iki-üç ay ərzində İran və Rusiya arasında SWIFT-ə bənzər maliyyə mübadilə sistemi işə düşəcək.