AMB: "Rusiya banklarının SWIFT-dən ayrılmasının təsirləri araşdırılır"


Azərbaycan Mərkəzi Bankı (AMB) Rusiya-Ukrayna müharibəsi nəticəsində qonşu ölkənin banklarının SWIFT-dən ayrılmasının Azərbaycanıın bank sektoruna təsirlərini araşdırır.


AFN.az "Report"a istinadən xəbər verir ki, bunu AMB-nin baş direktoru Fərid Osmanov bildirib.

“Bu araşdırma həm yerli qurumlar, həm də beynəlxalq komissiyalar səviyyəsində aparılır. Hazırda hesablaşma əməliyyatlarında problem yoxdur. Müxbir kompayns şərtləri sərtləşdirilib", - deyə o, qeyd edib.

AMB rəsmisi Azərbaycan banklarının "Bank VTB Azərbaycan" ASC-nin kartları ilə əməliyyatlara tətbiq etdiyi məhdudiyyətlərə də münasibət bildirib: "Bu, bankların hansısa risklərini nəzərə alması ilə bağlı ola bilər, amma ümumilikdə "Bank VTB Azərbaycan"ın kartları ilə ölkədə əməliyyatlar arasında aktivdir".



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az




menyu
menyu