“El-Klasiko” “Qızıl top” mükafatının təqdimetmə mərasimi ilə eyni günə təsadüf edib
“Barselona” və “Real” oktyabrın 26-da “Kamp Nou” stadionunda növbəti “El-Klasiko” matçında qarşılaşacaq, eyn gün “Qızıl top” mükafatının təqdimetmə mərasimi də keçiriləcək.
AFN.az xəbər verir ki,matç Bakı vaxtı ilə saat 00:00-da başlayacaq. Hər iki komandanın heyətində Lamin Yamal və Kilian Mbappe də meydana çıxacaqlar. Hər iki futbolçu “France Football” nəşrinin mükafatı uğrunda əsas üç namizəd sırasındadır. Səsvermə artıq başa çatıb, lakin nəticələr hələ açıqlanmayıb.
Yamal Mbappeni mükafat uğrunda mübarizədə əsas rəqibi hesab edir. “Real”ın hücumçusu isə daha əvvəl ötən mövsüm ondan yaxşı çıxış edən futbolçunun olmadığını bildirib. Matçın ayrıca diqqətçəkən məqamlarından biri Joze Mourinyonun “Kamp Nou”ya qayıdışı olacaq.
Oyundan əvvəl “Barselona”nın standart vəziyyətlər zamanı müdafiədə zəifliyi müəyyən edilib. Barca Universal-ın verdiyi məlumata görə, kataloniyalılar “Betis”, PSJ və “Qalatasaray”la oyunlar da daxil olmaqla, künc zərbələri və cərimə zərbələrindən sonra dəfələrlə təhlükəli vəziyyətlərə yol veriblər. “Real”ın hava mübarizəsində güclü olan Antonio Rüdiger, Din Heysen və Karlos Espi bu zəiflikdən istifadə edə bilərlər.




