Fransada “Sarı jiletlilər” aksiyasında polis zorakılığı iddiaları ilə bağlı yeni istintaq başlanıb



Fransada oktyabrın 17-də keçirilən “Sarı jiletlilər” aksiyasında bir fotoqrafın səs qumbarası ilə yaralanması ilə bağlı yeni istintaq başladılıb. 

AFN.az xəbər verir ki, yerli mətbuatda yayılan məlumatlara görə, zorakılıq hallarının qeydə alındığı aksiya zamanı baş verən hadisə ilə əlaqədar Milli Polisin Baş Müfəttişliyi (IGPN) tərəfindən araşdırma aparılır.

Səs qumbarasının partlaması nəticəsində ətrafa səpələnən qəlpələr gənc fotoqrafın ayağına dəyib. Ayağındakı arteriyadan yaralanan gəncin qan itirdiyini əks etdirən görüntülər sosial şəbəkələrdə yayılıb.

Fransa hökuməti məktəb şagirdlərinin aksiyaları zamanı ciddi xəsarətlərə səbəb olan səs qumbaralarının polis tərəfindən istifadəsini qadağan etmişdi, lakin oktyabrın 17-dəki aksiyalardan əvvəl qadağa qərarını ləğv etmişdi.

Beləliklə, “Sarı jiletlilər” aksiyaları zamanı polis zorakılığı iddiaları ilə bağlı Milli Polisin Baş Müfəttişliyi (IGPN) tərəfindən başladılan istintaqların sayı 5-ə çatıb.

Şagirdlərin də dəstəklədiyi “Sarı jiletlilər” yaşayış xərclərinin artmasına və yanacağın yüksək qiymətlərinə etiraz olaraq oktyabrın 17-də ölkə üzrə nümayişlər keçiriblər.

Nümayişlər zamanı təxminən 2 min 700 nəfər saxlanılıb, 1000-dən çox polis əməkdaşı, jandarm və yanğınsöndürən yaralanıb.

Zorakılıq hallarının baş verdiyi və polisin müdaxiləsinin mübahisələrə səbəb olduğu nümayişlər zamanı təxminən 3 min ticarət obyektinə ziyan dəyib və ya onlar qarət edilib.





AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu