Fransada etirazlar zamanı 667 nəfər saxlanılıb


Fransada yeniyetmənin polis tərəfindən öldürülməsindən sonra ölkənin müxtəlif bölgələrində başlayan etirazlar zamanı saxlanılanların sayı 650 nəfəri ötüb.


“Report” xəbər verir ki, bunu ölkənin daxili işlər naziri Jerald Darmanen tviter səhifəsində yazıb.

“İğtişaşların sərt şəkildə yatırılması ilə bağlı göstərişlərimə uyğun olaraq polis və jandarmlar 667 nəfəri saxlayıblar”, - o bildirib.

Qeyd edək ki, iyunun 27-də Fransanın Nanter şəhərində polis tərəfindən əlcəzairəsilli Nael adlı 17 yaşlı yeniyetmə qətlə yetirilib. Hadisənin sosial mediada yayımlanan görüntülərinə əsasən, yeniyetmə polis zorakılığının qurbanı olub. Yayılan videoda polisin “İndi başından vuracağam” ifadəsi də aydın eşidilir.

Hadisədən sonra Parisin qərbində, yeniyetmənin öldürüldüyü Nanterdə və ölkənin bir sıra şəhərlərində polis zorakılığına qarşı etiraz aksiyaları keçirilib.

Yeniyetməni güllələməkdə təqsirli bilinən polis əməkdaşı saxlanılıb.

Bu, 2023-cü ildə Fransada yol polisi tərəfindən öldürülən ikinci şəxsdir. Hadisənin irqi zəmində baş verdiyi istisna edilmir.

Ötən il isə eyni hadisə səbəbindən 13 nəfər öldürülüb.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az




menyu
menyu