Fransada indiyədək etiraz aksiyalarında 3200-ə yaxın adam saxlanılıb


İyunun 27-də Fransanın Nanterre şəhərində 17 yaşlı sürücü Nael M-nin polis gülləsi ilə öldürülməsinə reaksiya verən gənclər küçələrə axışmağa davam edir. Ölkə daxilində ən az 1000 bina və 5 min avtomobil yandırılıb. indiyədək 3200-ə yaxın adam saxlanılıb.


İyunun 27-də paytaxt Parisin ətrafı Nanterdə polis əməkdaşı içərisində 3 nəfərin olduğu avtomobilə “Dayan” xəbərdarlığına tabe olmayan atəş açaraq sürücü Nael M-ni öldürüb.

Nael M-nin vurulduğu anın həvəskar görüntüləri sosial mediada yayıldıqdan və görüntülər polisin mətbuata verdiyi ilkin məlumatlarla ziddiyyət təşkil etdikdən sonra hadisə ölkədə bir nömrəli gündəmə çevrilib.

Hadisə baş verən gecə xüsusilə Nanterre və ətraf şəhərlərdə gənclər küçələrə axışıb, avtomobilləri və zibil qutularını yandırıb, polisə atəşfəşanlıq atıblar.

İkinci gecə nümayişlər Parisin bəzi ətraf rayonlarına və ölkənin bir sıra böyük şəhərlərinə, 3-cü gün Belçikaya, 5-ci gün isə İsveçrəyə yayılıb.

Dünən gecə davam edən etirazlarda ən azı 5 min avtomobil yandırılıb, min bina zərər görüb və ya yandırılıb, 250 polis/jandarm bölməsi hücuma məruz qalıb.

Nümayişlər zamanı 700-dən çox asayiş keşikçisi yaralanıb, 3200-ə yaxın adam saxlanılıb.

Fransanın daxili işlər naziri Gerald Darmanin bildirib ki, məhbusların orta yaş həddi 17-dir.

Həftə sonu L'Hay-les-Roses şəhərinin meri Vinsent Jeanbrunun evinə edilən hücum ölkədə reaksiyaya səbəb olub.

Dünən Fransada 297 avtomobil və 34 bina yandırılıb, 352 ictimai yerdə yanğın törədilib.

Naelin xatirəsinə Nanterredə keçirilən nümayişdə polislə fəallar arasında qarşıdurma baş verib.

Nanter Prokurorluğu gənci öldürən polis məmurunun "qəsdən adam öldürmə" maddəsi ilə ittiham ediləcəyini açıqlayıb.

Həbs edilən polis vəkili Loran-Frank Lienard vasitəsilə yeniyetmənin ailəsindən üzr istəyib.

Mağazalar talan edilib, bələdiyyələr, polis bölmələri və məktəblər yandırılıb.

Hökumətin günlərlə vətəndaşları “sakit olmağa” çağırmasına baxmayaraq, etirazlar davam edir.

Paris, Marsel, Reims, Tours və Strasburq kimi bir çox şəhərdə mağazalar talan edilib.

Polislə etirazçılar arasında ciddi qarşıdurmaların yaşandığı nümayişlərin ilk beş günündə 250 polis və jandarma bölməsi yandırılıb, təhlükəsizlik qüvvələrinə atəşfəşanlıq edilib.

Clichy-sous-Bois, Lille, Halluin, Mons-en-Barœul, Garges-les-Gonesse, Nogent-sur-Oise və Villeneuve-le-Roi şəhərlərindəki bələdiyyə binaları, Tourcoing, Evreux və Bezondakı məktəblər, Marseldəki tarixi binalar kitabxana yandırıldı.

Nümayişlərin sıx keçdiyi İle-de-Frans bölgəsində avtobus və tramvay səfərləri yerli vaxtla saat 21:00-dan sonra yeni sərəncama qədər ləğv edilib.

Ölkənin ən azı 10 şəhərində gecənin müəyyən saatları arasında komendant saatı tətbiq edilib.

Lion və Marsel kimi şəhərlərdə xüsusilə terror və mütəşəkkil cinayətkarlıqla mübarizədə xüsusi təyinatlı polis qrupları yerləşdirilib, zirehli maşınlardan sahədə istifadə edilib.

Jandarma helikopterləri də ötən həftə Nanter, Lion, Nitsa və Marseldə patrul həyata keçirib.

Daxili İşlər Nazirliyi iyunun 28-də Paris ətrafına 2000 polis və jandarm təyin etdiyi halda, bu rəqəm 29 iyun tarixinə ölkə daxilində 45 minə yüksəlib.

Fəallardan neçəsinin yaralandığı məlum deyil.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu