Fransada polis 17 yaşlı sürücünu qətlə yetirib


Fransanın paytaxtı Parisə yaxın Nanter şəhərində "saxla" xəbərdarlığına tabe olmayan 17 yaşlı sürücü polisin açdığı atəş nəticəsində dünyasını dəyişib.


Fransa mətbuatında yer alan xəbərə görə, polis səhər saatlarında Nanterre şəhərində "dayan" xəbərdarlığına əməl etməyən 3 nəfərin olduğu avtomobilə atəş açıb. Hadisə nəticəsində 17 yaşlı sürücü dünyasını dəyişib.

Avtomobildə olan uşaq nəzarətə alınsa da, digər uşaq hadisə yerindən qaçıb.

Polisdəki mənbələr sürücünün avtomobili polisə tərəf sürməsi və “saxla” xəbərdarlığına əməl etməməsi nəticəsində polisin avtomobilə atəş açdığını və ağır yaralanan sürücünün həyatını itirdiyini bildirib.

Hadisə ilə bağlı araşdırmalara başlanılıb.

Sosial mediada əks olunan görüntülərdə atəş açan polisin avtomobilin qarşısında deyil, ön sol oturacaq tərəfdə olduğu görünür.

Görüntülərdə polisin sürücüyə tuşladığı tapançadan atəş açdıqdan sonra avtomobilin dirəyə dəydiyi aydın olur.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az




menyu
menyu