Fransada etirazlar artır: komendant saatı elan edildi


Fransada polisin açdığı atəş nəticəsində həyatını itirən 17 yaşlı yeniyetmə üçün baş verən hadisələrlə əlaqədar iyulun 3-nə kimi gecə saatlarında Klamart şəhərində komendant saatı tətbiq edilib.


Nanter şəhərində keçirilən nümayişlərə qatılan minlərlə etirazçı polisin açdığı atəş nəticəsində həlak olan gənc sürücünün xatirəsinə polis əleyhinə şüarlar səsləndirib, nümayişin marşrutu üzrə hərəkət edən maşınları yandırıb.

Fransa mətbuatında yer alan xəbərlərə görə, bəzi nümayişçilər Fransa bayrağını yandırmağa cəhd etsə də, bayraq alovlanmayıb.

Etirazçılar Qubernatorluğun yaxınlığındakı polisə yad əşyalar atıblar, polis və mühafizəçilər nümayişçilərə gözyaşardıcı qazla cavab veriblər.

Fransa Milli Jandarmına məxsus helikopter Nanter şəhərində patrul edir.

Nael M-nin ölümündən sonra 2 gecə davam edən hadisələrə görə yerli vaxtla saat 21.00-dan etibarən Ile-de-France bölgəsində bütün avtobus və tramvay səfərləri ləğv edilib.

Eyni bölgənin Klamart şəhərində iyulun 3-dək saat 21.00-06.00 arasında komendant saatı elan edilib.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az




menyu
menyu