Amerikada polis əlil arabasında olan qaradərilini 10 güllə ilə öldürdü - VİDEO


Amerika polisi iki ayağı da amputasiya olunan qara dərili vətəndaşa atəş açması ilə gündəmə gəlib.


AFN.az xəbər verir ki, insident zamanı zənciyə 10 dəfə atəş açılıb. ABŞ-ın Los-Anceles şəhərində baş verən hadisə zamanı qaradərili Entoni Lou hadisə yerində dünyasını dəyişib.

Hadisəyə səbəb qara dərili şəxsin bıçaqlı hücum etməsilə bağlı polisə şikayət daxil olmasıdır. Hadisə yerinə gələn polis 36 yaşlı Entoni Lou Jr-ı saxlamağa çalışıb. Polis əlil arabası ilə hadisə yerindən uzaqlaşmağa çalışan Lou Jra 10 dəfə atəş açıb. İki uşağı olan Lou Jr hadisə yerində dünyasını dəyişib.

Polis idarəsindən verilən açıqlamada polisin Lou Jr-ın əlindəki bıçağı atacağından qorxduqları üçün atəş açdıqları qeyd edilib.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az




menyu
menyu