Boşanmaq istəyən daha bir qadın olduruldu


Boşanmaq istəyən daha bir qadın əri tərəfindən öldürülüb.


AFN.az xəbər verir ki, hadisə İzmirin Konak rayonunda baş verib. Belə ki, 39 yaşlı Recibe Koluman 50 yaşlı həyat yoldaşı K.K.-dan boşanmaq istədiyini bildirib. O, qadının bu istəyilə barışa bilməyən əri tərəfindən uşağının gözü qarşısında tapança ilə vurularaq öldürülüb. K.K. hadisədən sonra polisə təslim olub.
K.K. övladı ilə evdən çıxan boşanmaq istəyən həyat yoldaşı Recibe Kolumanın arxasınca düşüb. Qadına yaxınlaşaraq, əlindəki tapançadan qadının başına 4 dəfə atəş açıb.

Koluman qan içində yerə yıxılarkən K.K. qaçıb. Hadisə yerinə polis və sağlamlıq qrupları sövq edilib. Yerindəcə ölən Recibe Kolumanın cəsədi polis və prokurorun hadisə yerində etdiyi araşdırmalardan sonra yarılmaq üçün İzmir Ədliyyə Tibb Təşkilatı meyitxanasına göndərilib.

K.K hadisədən qısa müddət sonra Boğaziçi Polis İdarəsinə gedərək təslim olub. Polis hadisə ilə bağlı araşdırmaları davam etdirir.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az




menyu
menyu