Boşanmaq istəyən arvadını məhkəmənin önündə öldürdü


Tərtərdə kişi arvadını rayon məhkəməsinin qarşısında qətlə yetirib.


Hadisədən əvvəl cütlük boşanmaq üçün məhkəməyə müraciət edib.

Bu gün boşanma iddiası üzrə növbəti məhkəmə iclası keçirilib. İclasdan sonra Anar Əliyev həyat yoldaşı Arzu Əliyeva ilə mübahisə edib və bu zaman ona bir neçə bıçaq zərbəsi vuraraq qətlə yetirib.

Faktla bağlı araşdırma aparılır.(Report)



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu