DƏHŞƏT! İşdən evə qayıdan ata həyat yoldaşını və 3 yaşlı oğlunu ölü tapdı
İşdən evə qayıdan kişi həyat yoldaşı və oğlunun cansız bədənləri ilə qarşılaşıb.
AFN.az xəbər evrir ki, hadisə İstanbulun Ümraniye rayonunda baş verib. İşdən evə qayıdan Muhsin Erten 3 yaşlı oğlunun boğularaq öldürüldüyü müəyyən edib. Həyat yoldaşı Merve Ertenin cansız cəsədi isə istilik borusundan asılmış vəziyyətdə tapılıb. Anne Ertenin oğlunu öldürdükdən sonra intihar etdiyi güman edilir.
Hadisə dünən saat 19.00 radələrində baş verib. Merve və Muhsin Erten 3 yaşlı oğlu ilə 9 mərtəbəli binanın 3-cü mərtəbəsində yaşayıblar. İşdən qayıdan Muhsin Erten evə girərkən 3 yaşlı oğlu və 30 yaşlı həyat yoldaşı Merve Ertenin cansız bədəni ilə qarşılaşıb. Xəbərdarlıq üzərinə hadisə yerinə sağlamlıq və polis qrupları sövq edilib. Sağlamlıq qrupları apardıqları müayinədə Merve Erten və oğlunun öldüyünü müəyyən edib.
3 yaşlı uşağın boğularaq öldürüldüyü müəyyən edilərkən, Merve Ertenin cansız cəsədi istilik borusundan asılmış vəziyyətdə tapılıb. Polis Merve Ertenin oğlunu boğub öldürüb, sonra da özünün intihar etməsi ehtimalını nəzərdən keçirir.
Hər iki cəsəd ekspertizaya götürülüb. Araşdırmalar davam edir.