Dərəyə düşən 11 yaşlı qızın cəsədi tapıldı
Türkiyənin Mardin bölgəsində faciə yaşanıb.
AFN.az yerli mediaya istinadən xəbər verir ki, Qızıltəpə rayonunda 6 gün əvvəl Cırcıp dərəsinə düşən 11 yaşlı Fatma Sezerin cansız meyiti tapılıb.
Dərə kənarında oynayan 11 yaşlı Fatma Sezer suya düşən bacısını xilas etmək istəyərkən özü də axına tuş gəlib. Sel sularının daha da şiddətləndirdiyi axın Fatmanı dartıb özüylə aparıb. Onun balca qardaşı ətrafdakılar tərəfindən xilas edilib.
Hadisə yerində xilasetmə qrupları əməliyyata başlasa da, 6 gündür davam edən axtarışlar bu gün nəticəsini verib. Fatmanın cansız bədəni düşdüyü yerdən 7 kilometr aralıda tapılıb.