Yaponiyada marketə biçaqlı hücum nəticəsində 1 nəfər ölüb, 2 nəfər yaralanıb


Yaponiyanın Hokkaydo əyalətinin Sapporo şəhərində marketə bıçaqlı hücum nəticəsində 1 işçi ölüb, 2 işçi yaralanıb. Hücum edən şəxs hadisə yerində saxlanılıb.



Polis mənbələrindən əldə edilən məlumata görə, yerli vaxtla saat 06.50 radələrində Sapporo şəhərində bir kişi marketə girərək, çörək bıçağı ilə 3 işçiyə hücum edib.

Hücum edən 43 yaşlı Hirotaka Miyanişi qətlə cəhddə şübhəli bilinərək saxlanılıb.

Yaralılardan biri, 40 yaşlı kişi dünyasını dəyişib. Müalicə altında olan digər yaralıların həyati təhlükəsinin olmadığı qeyd edilib.

Hadisə ilə bağlı araşdırmalara başlanılıb.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu