Uelsdə məktəbə hücum nəticəsində 3 nəfər yaralanıb


Uelsin Ammanford şəhərində məktəbə bıçaqlı hücum nəticəsində 3 nəfər yaralanıb. Hadisə ilə əlaqədar 1 nəfər saxlanılıb.



İngilis mətbuatında yer alan xəbərə görə, Uelsdəki Ysgol Dyffryn Amman məktəbinə (Amman Valley School) bıçaqlı hücum xəbəri üzərinə çox sayda polis və təcili yardım qrupu hadisə yerinə gedib.

İki təcili yardım helikopterinin hazır vəziyyətdə saxlanıldığı hadisədən sonra bir çox valideyn sosial şəbəkələrdə məktəbin giriş-çıxışlarının bağlandığı barədə mesajlar paylaşıb.

Bölgəyə cavabdeh olan Dyfed-Powys Polis İdarəsindən verilən açıqlamada məktəbdə bıçaqlı hücum nəticəsində 3 nəfərin yaralandığı, hadisə ilə bağlı 1 nəfərin nəzarətə alındığı bildirilib.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu