Gürcüstanda bazarda silahlı hücum nəticəsində 4 nəfər ölüb


Gürcüstanın Rustavi şəhərində bazarda silahlı hücum nəticəsində 4 nəfər ölüb, 1 nəfər yaralanıb.



Gürcüstan Daxili İşlər Nazirliyindən verilən açıqlamada, paytaxt Tbilisidən təxminən 40 kilometr uzaqlıqdakı Rustavi şəhərindəki "İstanbul" adlı bazarda bir şübhəlinin silahlı hücum təşkil etdiyi bildirilib.

Hücum nəticəsində 4 nəfərin öldüyü, 1 nəfərin isə yaralanaraq xəstəxanaya yerləşdirildiyi bildirilib.

Hücum edən şəxsin saxlanıldığı və hadisə ilə bağlı araşdırma aparıldığı bildirilib.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az




menyu
menyu