Meksikada futbol meydançasına silahlı hücum zamanı 6 nəfər ölüb


Meksikanın Hidalqo ştatında futbol meydançasına silahlı basqın nəticəsində 3-ü 18 yaşdan kiçik 6 nəfər həlak olub.


AFN.az Türkiyə mediasına istinad xəbər verir ki, polis rəisi Alejandro Rosales bazar günü əyalətin Atotonilko de Tula şəhərində futbol meydançasına silahlı hücum olduğunu bildirib.

Hücum nəticəsində 6 nəfərin öldüyü, onlardan 3-nün 18 yaşdan kiçik olduğu bildirilib. Hadisə şahidləri xəsarət alanların da olduğunu bildiriblər.

Səlahiyyətlilər hücumun səbəbi ilə bağlı məlumat paylaşmasa da, yerli sakinlər hadisənin qonşu əyalətdəki insanlarla düşmənçilik zəminində baş verə biləcəyini iddia ediblər.

Bunda öncə də Meksikanın Morelos əyalətində 2022-ci ilin sentyabrında silahlı şəxslərin futbol matçı zamanı azarkeşlərə atəş açması nəticəsində 4 nəfər həlak olub.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az




menyu
menyu